Mahnı mətnləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Mahnı mətnləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
SƏNDƏN DANIŞMAQ NƏ XOŞ

Bəstəkar Aygün Səmədzadə

I.
Səndən danışmaq nə xoş
dolaşıq yerlərində
yaraşıqlı şəhərin.
Səndən danışmaq nə xoş
qaranlıq yollarında
ümidilə səhərin.

Nəq.:
Hər addımda səsini
o ilıq nəfəsini
duymaq, yaşamaq bihuş...
Gecənin qollarında
səhərin yollarında
sənə sığınmaq nə xoş.
Dəli kimi gülərək
“Səni sevirəm!” demək,
yağışın əlləriylə
səmalardan sevilmək.
Hər addımda səsini
o ilıq nəfəsini
duymaq, yaşamaq bihuş...
Gecənin qollarında
səhərin yollarında
sənə sığınmaq nə xoş.
Bax səninlə dolmuşam
gəzirəm sərxoş-sərxoş.
Sən olmuşam bu axşam
səninlə dolmaq nə xoş.
Çırpınan həsrətimi
dəli məhəbətimi
yanar dosaqlarımdan
sevgi qanadlarında
küləklərə ötürmək
hüzuruna yetirmək nə xoş.

II.
Kələ-kötür səkilərin
çılpaq körpələrinin
bulaşıq əllərinə
Səni düzmək, bəzəmək
sevgi diləyənlərin
qarışıq tellərinə.

Nəq.:
TƏNHA ROYAL

Bəstəkar Aygün Səmədzadə

I.
Susursan qısılıb bər küncə səssiz
odu soyumayan xatirən kimi.
Mən də kimsəsizəm, sən də kimsəsiz
tənha, həsrət qoxan xatirəm kimi.

Nəq.:
Hanı o titrək əl dindirə səni
Könlünün odunu soyuda bəlkə.
Bir qucaq dərdini, bir ovuc qəmi
Həsrətin adını unuda bəlkə.

Səndə şəhərlərin qaynar nəfəsi
Sönməz şöhrətlərin vida kəlnəsi.
Böyük səhnələrin sevgi nəğməsi
Yanar ürəklərin abidəsi var.
Səndə sahibinin xatirəsi var.

II.
Dillərin illərin tozu içində
Sığınar sinənə neçə min sual.
Kökdən düşən neçə arzu içində
uyuyar ümidsiz, tənha bir royal.

Nəq.:
KÖÇÜM GƏRƏK BU ŞƏHƏRDƏN

Bəstəkar Aygün Səmədzadə

I.
Köçüm gərək bu şəhərdən
uzaq olsun yolumuz da.
Ucsuz-bucaqsız sərhədlər,
yollar qalsın aramızda.
Köçüm gərək bu şəhərdən
Köçüm gərək bu şəhərdən
Dəyişdirim ünvanımı.
Ağlayanda, yananda mən
Duymayasan fəryadımı.

Nəq.:
Xəyalları gəzləyim
Xatirələri neyləyim
Ürəyimi dərdə salan
Bu sevdadan nə gözləyim.

II
Sənli-sənsiz günlərimi
Bu şəhərdə qoyum gedim.
Sən atdığın ürəyimi
Gərək yerdən alım gedim.
Köçüm gərək bu şəhərdən
Biz bir eldə yaşamayaq.
Qarışmasın nəfəsimiz
Eyni havanı udmayaq.

Nəq.:
DARIXIB SƏNİNÇÜN ŞƏHƏRİM

Bəstəkar Aygün Səmədzadə

I.
Darıxıb səninçün şəhərim
Həsrət çöküb daş-kəsəkli yollarına.
Darıxıb səninçün şəhərim
Payız düşüb sən nəfəsli,
sən duyğulu baharına.

Nəq.:

Yağış yağar damla-damla
Sığal çəkər hey aramla
qəlbindəki ağrılara.
içimdəki yanğılara.
Təsəllilər yetmir dada.
Sən düşürsən hər an yada.
Bir sən varsan dünyam boyda,
bir şəhərim bu dünyada.

II.
Olmayanda buralarda
Susub baxar səkilərdə izlərinə.
Coşar qəlbi, nisgil hopar
Qüssə dolu hüzn rəngli gözlərinə.

Nəq.:
SEVGİMİN AHI

Bəstəkar Aygün Səmədzadə

I.
Tutacaq sevgimin ahı
həsrətimlə yanacaqsan.
Açan hər nurlu sabahı
zülmət tək yaşayacaqsan.
Ömründəki bu günahı
göz yaşınla yuyacaqsan.
Səndə gözüm qalıb axı
Sən xoşbəxt olmayacaqsan.

Nəq.:
Mən ömründə ilk eşq, nübar.
Ürəyində dərdim qubar.
Bir gün sən də yanacaqsan.
Ey əzizim, anla daha.
Qismətinlə barış daha –
Sən mənsiz qalmayacaqsan.
Səndə gözüm qalıb axı
Sən xoşbəxt olmayacaqsan.

II.
Həsrətim sinəndə dağdır.
Ömrün xəzanlı bir bağdır.
Nə qədər ki canım sağdır,
əzablarla qalacaqsan.
Ömründəki bu günahı
göz yaşınla yuyacaqsan.
Səndə gözüm qalıb axı
Sən xoşbəxt olmayacaqsan.

Nəq.: